Qızla Tanışlıq Asandır: Diqqəti üzərinə çəkib qadını cəlb edərək onunla rahat şəkildə tanış olmaq istəyirsən?
O zaman göz təmasında ustalaşmalısan! Unutma: Göz təması olmadan qadınla tanışlıq və onu cəlb etmək mümkün deyil. Qadınlar səni gördükləri ilk 3 saniyə ərzində necə biri olduğun barədə sürətli bir qərar verir. Bu qərardan asılı olaraq ya səninlə ünsiyyətə açıq olurlar, ya da şans vermirlər. İlk təəssüratı uğurlu etmək istəyirsənsə, göz təmasına xüsusi diqqət göstərməlisən. Doğru göz təması qadınların diqqətini çəkir və onları cəlb edir. Səhv göz təması isə əksinə, onları uzaqlaşdırır. Gözlər yalnız özgüvənini deyil, keçirdiyin hissləri və daxili dünyanı da əks etdirir. Əslində, qadınlar yalnız göz təmasına baxaraq sənin hansı tip kişilərə aid olduğunu təxmin edə bilirlər.
Bu məqalədə sənə göz təmasının vacibliyini, qarşıya çıxan çətinlikləri və onu necə düzgün qurmağın yollarını izah edəcəyəm.
QAYDA 1: GÖZ TƏMASI VƏ QIZLA TANISLIQ: QORXUNU NECƏ YENƏ BİLƏRSƏN?
Göz təması – sözsüz olaraq, ən güclü ünsiyyət alətlərindən biridir. Lakin, göz təmasından daima qaçmaq, sənin içindəki qorxuları, utancaqlığı və özgüvən əskikliklərini üzə çıxarır. Bu, nə qədər çox təkrarlanarsa, daha da dərinləşir. Nəticədə, hər dəfə gözəl qadınla qarşılaşdığında daha çox göz təmasından qaçırsan və bu davam etdikcə, özünə inanmı daha da itirirsən.
Göz Təması və Qızla Tanışlıqda Edilən Xətalar: Bir müştərimlə apardığım fərdi təlimdə belə bir vəziyyətlə qarşılaşdım. Gözəl bir qadın ona baxdığı anda dərhal gözlərini qaçırırdı. Bu davranış, onun şüuraltısına və əzələ yaddaşına kök saldığı üçün, özgüvəni daha da aşağı düşmüşdü. Zamanla bu, onun qızla tanışlıq və ünsiyyət qurmağında çətinliklər yaşamasına səbəb olurdu.
Robotik Baxışlar: Cəlbedici Göz Təmasi Necə Qurulur? Göz təmasının nə qədər vacib olduğunu izah etdikdən sonra, o göz təmasına daha çox fokuslanmağa başladı. Lakin, qorxusu tamamilə keçmədiyi üçün, baxışları hələ də çox mexaniki və narahat edici idi. O, göz təmasını qurmağa o qədər fokuslanmışdı ki, üz mimikalarını göstərməyi və ünsiyyətin digər lazımi detallarını unudurdu. Sonra ona, yalnız göz təmasından deyil, ümumiyyətlə anın özündən zövq almağa yönələn məşqlər təklif etdim. Bu yanaşma, sadəcə göz təması deyil, ümumi ünsiyyətin təbii və rahat axışına fokuslanmağı təmin etdi. Qadınla söhbət etdiyi zaman artıq üzündəki gərginlik yox olmuşdu və göz təması tam təbii, rahat və özgüvənli bir şəkildə qurulmağa başlamışdı.
- Çıxarılan Nəticələr:
- • Göz təmasından qaçmaq: Bu davranış, daha çox qorxu, çəkinmə və özgüvənsizlik yaradır. Nə qədər çox qaçırsansa, o qədər çox qorxursan.
- • Zorla göz təması qurmaq: Özünü məcbur etməyə çalışmaq, qarşı tərəfi narahat edə bilər və ünsiyyətin səmimiyyətini poza bilər.
- Çıxış Yolu: Təbii və Rahat Ünsiyyət Qurmaq Çıxış yolu, sadəcə göz təmasında deyil, ümumi ünsiyyətin özündən zövq almağındadır. Qadının üz ifadələrini izləmək, onun hisslərini anlamağa çalışmaq, göz təmasından daha təbii və rahat şəkildə istifadə etməyinə kömək edir. Bu, həm göz təmasını düzgün qurmağa, həm də özgüvənini artırmağa yardımçı olur. Unutma ki, gözlər sənə anı yaşamağa, əlaqəni dərinləşdirməyə və səmimiyyəti yaratmağa imkan verir.
QAYDA 2: GÖZ TƏMASI – QIZLA TANİŞLIQ VƏ ÜNSİYYƏTİN TƏBİİ BİR PARÇASIDIR
İnsan olaraq, yüz min illərdir ki, bir-birimizlə göz təması qururuq. Bu, həm ünsiyyətimizin, həm də təbiətimizin ayrılmaz bir hissəsidir. Bir qadınla göz təması qurmaq və ona baxışlarınla maraqlandığını bildirmək tamamilə normal bir prosesdir. Üstəlik, qadınlar da, əgər baxışların narahat edici deyilsə, bu prosesdən zövq alırlar.
Göz Təması – Qadınlara Necə Təsir Edir? Bir qadını bəyənirsənsə və onunla maraqlandığını baxışlarınla ifadə edirsənsə, bu, ünsiyyətin ilk təbii başlanğıcı ola bilər. Göz təması vasitəsilə sən ona mesaj verirsən: “Mənim kimi özgüvənli kişi burdadır və mənim diqqətimi çəkmisən.” Bu, özgüvəni və nə istədiyini bildiyini nümayiş etdirir. Lakin, əgər onunla göz təmasından qaçırsansa, baxışlarını çəkir və bəyəndiyini gizlətməyə çalışırsansa, qadın bunu dərhal hiss edəcək. Və bu, sənin haqqında mənfi təəssürat yaradacaq. Çünki, qadınların əksəriyyəti bunu özgüvənsizlik kimi qəbul edir.
PRAKTİKİ MƏSLƏHƏTLƏR: GÖZ TƏMASINI ÖYRƏNMƏK ÜÇÜN MİSSİYALAR
Missiya 1: “Salam” Ver Və Göz Təması Qur Salamlaşma zamanı göz təması çox vacibdir. İlk saniyələrdə güclü göz təması qarşı tərəfə özgüvənli olduğun mesajını verir. Tapşırıq: Hər gün tanıdığın və tanımadığın insanlara salam verərkən gözlərinin içinə bax. Bu sadə jest sənin sosial bacarıqlarını gücləndirəcək.
Missiya 2: Gülümsə Göz təması zamanı təbii və dostcasına görünmək üçün gülümsə. Gülümsəmək qarşı tərəfə rahatlıq verir və onun sənə qarşı daha isti hisslər bəsləməsinə səbəb olur. Tapşırıq: İlk dəfə kimləsə göz təması qurarkən üzündə yüngül bir təbəssüm saxla.
Missiya 3: Bir Gözə Bax Göz təması zamanı birbaşa iki gözə baxmaq qarışıqlıq yarada bilər. Bunun yerinə bir gözə fokuslan və danışıq əsnasında növbəli şəkildə dəyiş. Tapşırıq: Ünsiyyətdə olduğun şəxsin sağ və ya sol gözünə bax və bunu hərdən dəyişdir. Bu, səmimi və təbii görünəcək.
Missiya 4: Detallara Diqqət Et Tam olaraq bir nöqtəyə fokuslanma. Göz rəngi, kipriklər kimi detallara baxaraq baxışlarını təbii və rahat saxla. Tapşırıq: Göz rənginə diqqət yetir və içindəki kiçik detalları görməyə çalış. Bu, diqqət mərkəzində olduğunu göstərərək qarşı tərəfdə maraq oyadacaq.
Missiya 5: O Danışanda Göz Təması Qur, Sən Danışanda Göz Təmasını Çək Ünsiyyət zamanı qarşı tərəfin danışığını diqqətlə dinləmək üçün göz təmasını 70%-ə qədər saxla. Sən danışanda isə təbii görünmək üçün göz təmasını 50%-ə qədər azalt. Tapşırıq: Danışıq zamanı göz təmasını ritmik və təbii saxla. Qarşı tərəf danışanda gözünə bax, sən danışarkən baxışlarını ara-sıra çəkməyi unutma.
Missiya 6: Baxışlarını Aşağı Salma Göz təmasını qırmaq istədiyində aşağı baxmaq özgüvənsiz görünür. Bunun əvəzinə, baxışlarını yuxarı və ya yanlara çəkmək daha doğru olar. Tapşırıq: Göz təmasını qırmalı olduğunda, baxışlarını yavaşca yuxarı və ya yan istiqamətə çək.
Bu missiyalarla göz təması bacarıqlarını təkmilləşdirəcəksən və qızla tanışlıq zamanı daha özünəinamlı görünəcəksən. Nə qədər çox məşq etsən, göz təması sənin üçün bir o qədər təbii prosesə çevriləcək.
Pingback: Qizla Tanis Olmaq: BU SIXICI MÖVZULARDAN UZAQ DUR