Alfa Xarakter və Xarizma
Xrizma Kontent
Alfa xarakter haqqında danışarkən adətən dominantlıq, liderlik, güclü sərhədlərə malik olmaq və s. kimi xüsusiyyətlər vurğulanır. Lakin çox az mənbə xoş niyyətli və pozitiv olmağın əhəmiyyətindən bəhs edir.
Xoş niyyətli olmaq xarizmanın və alfa enerjisinin əsaslarından biridir və insanları, xüsusilə qadınların marağını cəlb etməkdə çox effektivdir. Ancaq bu, süni deyil, həqiqi olmalıdır.
Xoş Niyyətli Olmağın Strukturu
Xoş niyyətli olmaq iki hissədən ibarətdir: daxili və zahiri.
Daxili Xoş Niyyət
Daxili xoş niyyət, sənin nə dərəcədə pozitiv, həyatdan razı, heç kimi qınamayan, özünlə harmoniyada və xoşbəxt olduğundur.
Zahiri Xoş Niyyət
Zahiri xoş niyyət isə daxili daxili enerjinin xaricə ötürülməsidir.
Zahiri xoş niyyət özü də iki hissəyə bölünür: psixoloji və texniki.
- Psixoloji: Kommunikasiya qurduğun insanlara hansı tərzdə yanaşdığın, onlar haqqında qınayıcı və ya neqativ düşüncələrə sahib olmamağın və onların həyatını daha yaxşı etmək istəyindir.
- Texniki: Kommunikasiya bacarıqların, ünsiyyəti yönəltmək, doğru çərçivələr qurmaq və ünsiyyət qurduğun insana dost olduğunu göstərmək bacarığıdır.
Xarizmanı İnkişaf Etdirmək Üçün Nə Etməliyəm?
Maksimum daxili balans tapmaq və özünü xoşbəxt hiss etmək üçün ilk olaraq təlabatlarını ən aşağı səviyyədən yuxarıya doğru təmin etməlisən. Xarizmanın inkişafı üçün bu, olduqca vacibdir. Gəlin bu mərhələləri bir-bir nəzərdən keçirək:

- Fiziologiya
Bura yuxu, yemək, rahat məkan, təhlükəsizlik və seks daxildir. Bunlar ən əsas instinktlərimizdir və təmin olunmasa, daha yüksək mərhələlərə keçid mümkün deyil. - Zövq
Əgər ən təməl təlabat ac qalmamaq və yemək yeməkdirsə, ikinci mərhələ yediyin yeməkdən zövq almaqdır. Məsələn, ən təməl səviyyədə seks etmək vacibdirsə, ikinci mərhələdə zövq aldığın və xoşlandığın insanla bunu etməkdir. Yuxu təməl təlabatdırsa, ikinci mərhələ daha komfortlu yerdə yatmaq və ya daha yaxşı evdə yaşamaqdır. - Statusa Sahib Olmaq
İkinci mərhələdə seksi zövq aldığımız insanla ediriksə, üçüncü mərhələdə partnyorumuzla fəxr etmək istəyirik. Hamının qarşısında gözəl bir partnyora sahib olduğumuzu göstərərək digərlərindən fərqləndiyimizi və daha çox statusa malik olduğumuzu nümayiş etdiririk. Əgər əvvəllər sadəcə yemək vacib idisə, sonra dadlı yemək istəmisənsə, bu mərhələdə artıq zahiri təsdiq almaq istəyirsən. Bahalı məkanlarda yemək yeyib bunu başqalarına göstərmək, statusunu təsdiqləyəcək reaksiyalar almaq istəyirsən. Bu mərhələdə varlı olmaq, bahalı əşyalar almaq və s. ilə özünü ifadə etmək istəyirsən. Hamı bilsin ki, sən şəhərin ən yaxşı məkanlarını ziyarət edirsən, ən yaxşı evdə yaşayırsan, ən yaxşı işdə çalışırsan və ən gözəl qadınla sevgilisən. - Bölüşmək
Bu mərhələdə əlindəkiləri başqaları ilə bölüşmək istəyi yaranır. Bölüşdüklərinlə özünü daha xoşbəxt və dominant hiss edirsən. Artıq sadəcə yemək, dadlı yemək və ya statuslu məkanda yemək paylaşmaq maraqlı deyil. Yediklərini dostlarınla, yaxınlarınla bölüşmək istəyirsən. Onları qonaq edirsən və bu sənə böyük zövq verir. Bu mərhələdə səndən aşağıda olanlara yardım etmək, xeyriyyə işlərinə qoşulmaq kimi istəklər yaranır. - Özünü Reallaşdırmaq, Yaradıcı Olmaq
Bu mərhələdə təkcə insanları qonaq etmək deyil, öz əllərinlə hazırladığın yeməyi təqdim etmək istəyirsən. Dostlarını şəhərin ən maraqlı və eksklüziv məkanında qonaq etmək istəyirsən. Yaradıcılıq özünü müxtəlif formalarda göstərir: birbaşa nəyisə yaradıb bölüşə bilərsən və ya başqalarına əlçatmaz imkanlar təqdim edə bilərsən. Bu mərhələdə bölüşdüyün şeydə sənin bir parçan olmalıdır. Məsələn, alimlər bir kəşf edir və cəmiyyətlə bölüşür, bu, onların adıyla bağlı olur. Yazar bir kitab yaradır və paylaşır, burada onun bir parçası olur. - İcad Etmək
Bu mərhələdə dünya tarixində bir ilkə imza atmaq və bunu bölüşmək istəyi yaranır. Əvvəllər mövcud olmayan bir şey yaratmaq və ya icad etmək hədəflənir. Bu, çox yüksək səviyyədir və bura az sayda insan çata bilir. Məsələn, Elon Musk və ya Einstein kimi şəxsiyyətlər bu səviyyədədir.
Xarizmanın Əsas Qaydaları
Təlabatlar ən təməl səviyyədən başlayaraq təmin edilməlidir. Yalnız bir mərhələ tam təmin olunduqdan sonra növbəti mərhələyə keçmək olar. Hər keçid sənin daxili enerjində, psixologiyanda, dünya görüşündə və auranda dəyişikliklərə səbəb olur.
Məsələn, riyaziyyatçı Qriqori Perelman çox mürəkkəb bir teoremi həll etdi, lakin ona təklif olunan mükafatı rədd etdi və hazırda çox sadə bir həyat tərzi sürür. Çünki onun ən təməl təlabatları (seks, münasibətlər, dostlar, normal yaşayış yeri) təmin olunmamışdı. Bu, aşağı mərhələləri bağlamadan yuxarı mərhələlərə sıçrayışın ciddi psixoloji problemlərə və hətta dəliliyə səbəb ola biləcəyini göstərir. Xarizmatik insan isə psixoloji sarsıntılar yaşayan biri ola bilməz. Buna görə də addım-addım irəliləmək və dəyişiklikləri tədricən əldə etmək lazımdır. Birdən-birə ağır yükün altına girmək sənə ciddi zərər vura bilər.
Hər mərhələni təmin etdikdən sonra o mərhələyə xas xoş niyyətlilik yaranır. Qarnı doymuş insan ac insana nisbətən daha pozitiv və xoş niyyətli olar. Yaxşı yuxu almış insan üç gündür yatmayana nisbətən daha xoş auraya və gülərüzlüyə malik olar. Daimi seks həyatı olan kişi, ildə bir dəfə seks edən kişidən daha rahat, pozitiv və xoş auraya malik olar (masturbasiya seks sayılmır).
Nə qədər çox mərhələni və təlabatı təmin etsən, bir o qədər rahat, özünü qəbul edən və başqalarına xoş yanaşan bir insana çevriləcəksən.
Daxili təlabatları təmin etmək və daxili enerjini dəyişmək prosesin bir hissəsidir. İkinci mərhələ isə bunu ünsiyyətində və davranışlarında tətbiq etməkdir. Daxili dünyanı nizama salmalı, təməl təlabatlarını təmin etməli və ünsiyyətdə oyunun qaydalarına uyğun hərəkət etməlisən.
Bundan sonra həqiqi xarizmaya sahib bir kişi kimi formalaşacaqsan.
Xarizma – həyatın hər sahəsində uğura aparan ən güclü bacarıqlardan biridir.
Digər məqalıni oxu: https://lover.az/qizla-tanis-olmaq-ucun-ilk-mesaj