You are currently viewing Qizla Tanis Olmaq: BU SIXICI MÖVZULARDAN UZAQ DUR
Qizla Tanis Olmaq

Qizla Tanis Olmaq: BU SIXICI MÖVZULARDAN UZAQ DUR

Qizla Tanis Olmaq: BU SIXICI MÖVZULARDAN UZAQ DUR

Tanışlıq və görüşlərdə qadınla düzgün ünsiyyət qurmaq iki vacib amilə bağlıdır: nə haqda danışdığın və necə danışdığın. Hər iki aspekt ayrı-ayrılıqda böyük əhəmiyyət daşıyır. Məsələn, çox maraqlı bir hekayəni sıxıcı şəkildə danışan birini və ya əksinə, sıradan bir hekayəni möhtəşəm bir formada izah edən birini mütləq görmüsən.

Bu məqalədə diqqətimizi əsasən nə haqda danışmaq mövzusuna yönəldəcəyik. Növbəti yazılarımızda isə “necə danışmaq” mövzusu üzərində dayanacağıq.

Qizla Tanis Olmaq Zamanı 4 Əsas Məqsədin

  1. Mövzular hər ikiniz üçün maraqlı olmalıdır. Qarşı tərəfin diqqətini çəkmək istəyirsənsə, ikinizi də maraqlandıracaq söhbətlər etməlisən.
  2. Ünsiyyət axıcı olmalıdır. Uzun pauzalar və qarmaqarışıq söhbətlər tanışlığı korlayır.
  3. Bədən dilini və enerjini düzgün nümayiş etdirməlisən. Danışdığın qədər bədən dilin və enerjin də qarşı tərəfə təsir edir.
  4. Maraq göstər, amma möhtac olmadığını nümayiş etdir. Həddən artıq diqqət göstərmək cazibəni öldürə bilər.

Bu məqsədlərə çatmaq üçün, qadınları sıxacaq və əlaqəni pozacaq mövzulardan uzaq durmalısan. Məsələn: din, siyasət, milliyət, varavskoy aləm, iqtisadiyyat, sıxıcı elmi mövzular.

Unutma, qadın üçün sənin sevdiyin futbol komandasının çıxışı, varavskoy aləmdə yaxşı qız kimə deyilir, dini baxışların, seçkilərlə bağlı fikirlərin və ya “PUBG” oynayarkən çatdığın mərhələ maraqlı olmayacaq. Bu mövzular flörtdən çox, mübahisə və ya darıxma yaratmağa səbəb ola bilər. Bu isə seksual enerjinin itməsi deməkdir.

Bəs Tanışlıq Zamanı Hansı Mövzularla Ünsiyyət Qurmalısan?

  1. Gündəlik Həyat

Həyat tərziniz, boş vaxtlarınızı necə keçirdiyiniz, hobbiləriniz və sevdiyiniz filmlər barədə danışın. Əgər bu yazını oxuyanda fərqinə varırsansa ki, həyatın yalnız iş, idman və evdən ibarətdir, həyatına rəng qatmağın vaxtıdır. Maraqlı bir həyat tərzin olmadıqca, qadınlar bu həyatın bir parçası olmaq istəməyəcəklər.

  1. İncəsənət

Musiqi janrları, klassik və müasir filmlər, dizayn, moda və rəsm əsərləri kimi mövzular qadınların çox xoşuna gəlir. Əgər klassik musiqidən anlayışın varsa, impressionist və ya rönesans dövrü haqqında maraqlı hekayələr danışa bilərsən. İncəsənət qadınları düşündüyündən daha çox cəlb edir, bu fürsəti qaçırma.

  1. Spiritual Mövzular

Kosmos, ulduzlar, bürclər, meditasiya, çəkim qanunu kimi mövzular qadınların diqqətini çəkir. Onlar belə mövzularda daha çox özlərini görür və ünsiyyətə maraq göstərir. Hər qadının daxilində bir möcüzənin baş verməsini gözlədiyini unutma və bu mövzuları rahatlıqla müzakirəyə aç.

  1. Duyğusal və Dərin Mövzular

Uşaqlıq xəyalları, gələcək planları, arzuladığı həyat tərzi kimi mövzular qadınların emosional olaraq açılmasına kömək edir. Ev heyvanları haqqında danışmaq da yaxşı bir seçimdir, çünki bu mövzular duyğusal əlaqəni gücləndirir.

Nəticə

Tanışlıq zamanı düzgün mövzular seçmək, ünsiyyətin maraqlı və axıcı olmasını təmin edir. Qarşı tərəfi tanımağa yönəlmiş, pozitiv və maraq doğuran mövzulara fokuslanmaqla həm öz cazibədarlığını artıracaqsan, həm də əlaqəni sağlam təməllər üzərində qurmuş olacaqsan.

Unutma, ilk təəssürat və mövzuların seçimi qarşı tərəfin səninlə gələcəkdə nə qədər maraqlanacağını müəyyən edir.

Bunada göz at: Qızla Tanışlıq Asandır: Göz Təması ile celb et!