ƏSİL SEVGİ NƏDİR VƏ QADINLAR NİYƏ SƏNİ TEST EDİR? (Hissə 2)
MƏZMUN
Əsil sevgi nədir? Bu suala cavab tapmaq üçün qadın və kişinin münasibətlərində qarşılıqlı seçim mexanizmlərini anlamaq vacibdir.
Amma əvvəlcə bir sual:
Heç olub ki, bir qızla çox asanlıqla tanış olmusunuz və düşünmüsünüz ki, digər qadınlarla da eyni rahatlıqla ünsiyyət qura biləcəksiniz? Sonra isə digər bir qadınla tanış olmaq istəyərkən rədd cavabı alıb özünüzü tərəddüd içində tapmısınız?
Bu vəziyyət kişilərdə təbii olaraq sual doğurur:
Niyə bəzi qadınlarla tanışlıq asan olur, digərləri ilə isə çətinlik yaranır?
Gözəllik Dərəcəsi və Seçim Kriteriyaları
Qadınların xarici görünüş baxımından gözəllik dərəcəsi yüksəldikcə, kişilər üçün qoyduqları seçim kriteriyaları da artır. Bu kriteriyaları keçmək isə yalnız zahiri görünüşlə deyil, həm də daxili xarizma ilə mümkündür.
Əsas məsələ isə qadınların bu seçimlərdə hansı bioloji və psixoloji faktorları nəzərə almasıdır.
Cəlbetmə prosesini yalnız maddi vəziyyət və xarici görünüşlə əlaqələndirmək doğru deyil. Bu, daha dərin bir mövzudur.
Əsil sevgi nədir? Qadınlar Kişiləri Hansı Kriteriyalara Görə Qiymətləndirir?
- Sağlamlıq və Güclü Genlər:
Kişinin sağlam və enerjili görünməsi qadınlarda onun genetik olaraq güclü olması təəssüratı yaradır. Bu, qadınların instinktiv seçimlərində əsas rol oynayır. - Həyatda Sağqalma Bacarığı:
Özünə inamlı, enerjili və stressə qarşı dayanıqlı kişilər qadınlar üçün daha cəlbedici olur. Bu, onların həyatın çətinliklərini aşma potensialını nümayiş etdirir.
Bu iki əsas kriteriya qadınların kişiləri şüuraltı şəkildə dəyərləndirməsində mühüm rol oynayır.
Qadınlar Niyə “Pis Oğlanları” Sevir?
“Pis oğlan” obrazlı kişilər qadınlar üçün xüsusi cazibə daşıyır. Onların əsas xüsusiyyətləri:
• Özlərinə yüksək inam,
• Rahatlıq və qayğısız yanaşma,
• Risk almağa hazır olmalarıdır.
Bu xüsusiyyətlər qadınların instinktlərinə təsir edir, çünki dominant xarakterli kişilər qadınlar üçün daha cəlbedicidir.
Amma paradoks ondadır ki, “pis oğlanlar” çox vaxt uzunmüddətli münasibətlərdən qaçır. Buna baxmayaraq, qadınlar onları dəyişdirmək və əldə saxlamaq istəyirlər.
Bəs Kişilər Hansı Qadınları Daha Çox Seçir?
Kişilərin seçim meyarları daha çox vizual göstəricilərə əsaslanır. Seksual enerji, bədən quruluşu kişilərin diqqətini çəkir.
Ancaq uzunmüddətli münasibətlərdə kişilər daha sakit, güvəniləcək və ailə dəyərlərinə sahib qadınlara üstünlük verirlər. Bu, kişilərin instinktiv olaraq daha etibarlı partnyor axtarışını əks etdirir.
Qadınların Kişiləri Seçim Testləri
Qadınlar kişiləri şüuraltı şəkildə üç kateqoriyaya bölür:
- Dost:
Bu kişilər qadınlar üçün yalnız dost kimi görünür və seksual maraq oyatmır. - Alfalar:
Xarizma, dominantlıq və genetik güc baxımından qadın üçün ideal olan kişilərdir. - Ər:
Etibarlı, sabit xarakterli və ailə dəyərlərinə uyğun kişilər.
Bir çox qadın “alfa”ları əldə saxlaya bilməyəndə, dostluq çərçivəsində olan daha etibarlı kişiləri seçməyə məcbur olur. Bu proses qadının instinktləri və məntiqi arasında gedən mübarizədən qaynaqlanır.
Mentalitetin və Cəmiyyətin Təsiri
Əvvəllər qadınların partnyor seçimində ailə və cəmiyyətin təsiri daha çox idi. Amma müasir dövrdə seçimlər qadınların şəxsi üstünlüklərinə əsaslanır.
Lakin bu azadlıq qadınların instinktləri ilə məntiqi arasında ziddiyyətlər yarada bilir. Məsələn, instinktlərinə əsaslanaraq “pis oğlanları” seçən qadınlar, uzunmüddətli münasibətlərdə çətinliklərlə üzləşirlər.
Müasir dünyada qadınların qarşılaşdığı ən böyük paradokslardan biri budur:
Dominant və güclü kişini seçmək – amma onunla sabit münasibət qurmaq çətin olur.
Yoxsa, zəif xarakterli və etibarlı kişini seçib – daha sakit, lakin maraqsız bir həyat yaşamaq?
Bu dilemma qadınların instinktləri ilə məntiqi arasında gedən mübarizədən qaynaqlanır. Dominant kişilər çox vaxt öz dəyərlərinin və cəlbediciliklərinin fərqindədirlər. Onlar:
• Özlərinə güvənirlər,
• Seçimlərinin çox olduğunu bilirlər,
• Və bir qadına tez bağlanmağa meyilli olmurlar.
Bu da qadınlar üçün çətin bir vəziyyət yaradır:
- Dominant kişini qazanmaq istəyirlər, amma onun azad ruhunu məhdudlaşdırmaq çətin olur.
• Digər tərəfdən, zəif xarakterli və etibarlı kişiyə yönəldikdə, özlərini tam mənada xoşbəxt hiss etmirlər.
Bu paradoks qadınların seçim prosesində ən çox qarşılaşdıqları psixoloji ziddiyyətlərdən biridir. Müasir münasibətlərdə bu balansı tapmaq isə həm qadınlar üçün çox çətin olur.
QAYIDAQ TESTLƏRƏ: QADINLAR KİŞİLƏRİ NECƏ TEST EDİR?
Qadınlar kişiləri iki əsas kateqoriyaya ayırır:
- Alfalar – dominant, cəlbedici, özünə inamlı kişilər.
- Zəiflər – etibarlı, lakin dominant olmayan kişilər.
Daha sonra qadınlar bu kateqoriyaların birindən özünə həyat yoldaşı seçməyə çalışır.
Amma qadınlar sənin hansı kateqoriyaya aid olduğunu necə müəyyən edir?
Bəli, test edərək!
Əgər qadın səndə bir maraq və ya potensial görürsə, o, səni müxtəlif testlərə məruz qoymağa başlayır.
Qadınların Kişiləri Test Etmə Prinsipləri
Qadınlar testlər vasitəsilə aşağıdakı keyfiyyətləri yoxlayır:
• Möhtaclıq – Sən ona nə qədər möhtacsan?
• Özünə inam – Özünə nə qədər güvənirsən?
• Sosial status – Digər kişilərə nisbətən hansı mövqedəsən?
• Dominantlıq – Sən lider ola bilirsənmi?
Testlərin Nümunələri
- Kiçik tapşırıqlar
Məsələn, “Çantamı daşı” deyir. Buradakı gizli mesaj:
“Sən mənə möhtacsan və mənim istəklərimi şərtsiz yerinə yetirirsən.”
Əgər kişi bu tapşırığı qəbul edərsə, qadın onun möhtac olduğunu düşünür və kişi testi batırır. - Kiçik xərclər ödətmək
Bəzi qadınlar kişiyə xırda şeyləri ödətdirir:
“Məni metrodan keçir,”
“Mənə kofe al.”
Əksər kişilər bu kiçik xahişləri böyük həvəslə yerinə yetirir. Amma nəticədə qadın onlarla əlaqəni kəsir.
Bir tanldığım qız, daima kişilərə xırda ödənişlər etdirib, sonra əlaqəni onlarla kəsirdi və bunun səbəbini soruşduqda, o belə cavab vermişdi:
“Sadəcə, gözümə zəif göründülər.”
- Liderliyi yoxlamaq
Qadın öz qərarlarını sənə qəbul etdirməyə çalışır:
“Burada dayan,”
“Saat 5-də gəl,”
“O restorana getməyək, başqa yerə gedək.”
Əgər bu tip davranışlara qarşı reaksiyan zəifdirsə, testi batırırsan. - Emosional reaksiyalarını ölçmək
Əksərən qadın sənin əsəblərini yoxlamaq üçün qəsdən kəskin danışır və ya sənə qarşı iti sözlər işlədir. - Soyuq davranmaq
Durduq yerdə maraqsız və soyuq davranır, sən isə onun marağını geri almağa çalışırsan.
Qadınların Testlərini Necə Keçmək Olar?
- Reaksiya verməmək
Testlər zamanı sakit və soyuqqanlı qalmaq ən güclü taktikadır. Əgər qadın çantanı götürməyini istəyirsə, zarafata çevirərək reaksiya verə bilərsən:
“Sənə güvənmirəm, içinə (qanunsuz maddə) qoymusan, məni həbs etdirmək istəyirsən.” - Çərçivəni öz əlinə almaq
Testlər zamanı qadın liderliyi ələ almağa çalışsa, sən mütləq mövqeyini qorumalısan. Məsələn:
“Burada dayan,” desə, “Mənim üçün burada daha rahatdır,” deyə bilərsən.
Çərçivəni daima əlində saxlamalısan…
Qadının testlərindən keçdikcə onun gözündəki “Alfa” obrazını gücləndirəcəksən.
Nəticə:
Qadınların testləri instinktiv bir prosesdir və onlar özləri də çox vaxt bu testlərin fərqində olmur. Əsas məqsəd – kişinin gücünü və dəyərini ölçməkdir.
Sonrakı yazıda:
Testlərdən uğurla keçdikdən sonra başlayan mərhələ – “Sevgi Bombardımanı” haqqında danışacağıq.