QIZLA TANIŞ OLMAQ ÜÇÜN İLK MESAJ
Hazırkı dövrdə qadınların 99,9%-i sosial şəbəkələrdən aktiv istifadə edir. Bu, kişilər üçün böyük bir fürsətdir, çünki belə platformalar tanışlıq üçün ideal şərait yaradır. Lakin bir çox kişini düşündürən əsas sual budur: Qızla tanış olmaq üçün ilk mesaj nə olmalıdır ki, həm maraq oyatsın, həm də söhbətə başlanğıc versin? İlk öncə qıza hansı mesajı yazmalı olduğunu düşünmək əvəzinə, gəl digər vacib elementi də nəzərinə çatdırm: sənin profil rəsmlərin. Yani gördüyün kimi, sosyal şəbəkələrdə qızlarla tanış olmaq üçün əsas iki elementə ehtiyacın var: yaxşı şəkil və yaxşı ilk mesaj, gəl indi daha detallı hər birini müzakirə edək.
ADDIM 1: PROFİL RƏSMLƏRİNİ QAYDAYA SAL
Profil şəkillərin sosial şəbəkələrdə ilk təəssüratın əsasıdır. Səninlə tanış olmaq istəyən biri, ilk olaraq şəkillərindən sənin şəxsiyyətin və həyat tərzin haqqında fikir yürüdür. Əgər diqqətçəkici və düzgün seçilmiş şəkillər yoxdursa, mesajın da effektsiz olacaq. Bu səbəbdən, profil şəkillərin üzərində diqqətlə işləməlisən. Gəlin, bu addımı təfərrüatlı araşdıraq:
- 1. Bütün bayağı şəkillərdən xilas ol
- • Profilində “qaqa”, “oğru aləmi”, “dini inanc” kimi məzmunlu şəkillərə yer vermə.
- • Bu cür şəkillər yetkinlikdən uzaq bir təsəvvür yaradır və sənin ciddi biri olmadığını göstərir. Hədəfin cəlbedici və etibarlı görünməkdir.
- 2. İdman şəkilləri ilə diqqətli ol
- • İdmanla məşğul olduğunu göstərmək müsbət təsir bağışlayır, amma bu incə bir yanaşma tələb edir.
- • Güzgü qarşısında lüt bədən şəkillərindən çəkin. Belə şəkillər qadınlar tərəfindən lovğalıq kimi qəbul edilir. (Əgər profesional və yarışlara çıxan bodybuilder deyilsənsə)
- • Bunun əvəzinə, məşq zamanı çəkilmiş təbii şəkillər və ya bədəninin təsadüfən göründüyü, idmanla əlaqəli görüntülər daha uğurludur.
- 3. Sənə aid olmayan avtomobil şəkillərini sil
- • Bahalı avtomobillərlə çəkilən şəkillərin təəssürat yaratdığını düşünmə. Əgər həmin avtomobil sənə aid deyilsə, bu, mənfi təsir bağışlayır.
- • Qadınlar səmimiyyətə daha çox dəyər verir, ona görə də olduğun kimi görün. Reallığı əks etdirən şəkillər daha çox maraq oyadır.
- 4. Profil şəkilinə xüsusi diqqət yetir
- • Profil şəkilində yalnız öz şəklin olsun.
- • Şəkilin keyfiyyətli, aydın və üzünü tam əks etdirən olmalıdır. Qadınlar, onlara mesaj göndərən şəxsin necə biri olduğunu dərhal anlamalıdır. Çox yaxın və ya uzaq çəkilmiş şəkillərdən qaç.
- 5. Keyfiyyətsiz şəkillərdən uzaq dur
- • Köhnə və bulanıq şəkilləri sil: 2015-ci ildən qalma, “Retrica” filtrləri ilə çəkilmiş şəkillər artıq keçmişdə qalıb.
- • Bu cür şəkillər səni geridəalmış biri kimi göstərir. Profilində həmişə müasir və keyfiyyətli kameralarla çəkilmiş, işıqlı və təmiz görüntülərə yer ver. Profil şəkillərin yalnız xarici görünüşünü deyil, həm də şəxsiyyətini və həyat tərzini əks etdirir. Səmimi, təbii, maraqlı həyat tərzinə göstərən və diqqətlə seçilmiş şəkillər daha çox cəlb edəcək.
ADDIM 2: QIZLA TANIŞLIQ ÜÇÜN İLK MESAJ
Profil şəkillərin qaydasındadırsa, indi ən kritik mərhələdir: qıza nə yazmalı? İlk mesajın fərqlənməli, maraq oyatmalı və təbii görünməlidir. Qızların çoxu standart mesajlardan yorulduğu üçün bu mərhələdə diqqətli olmalısan. Yaxşı mesajın sirri qızın profilində gizlənir.
Nə etməlisən?
- 1. Profilinə diqqətlə bax:
- • Onun bio-sunda nə yazdığına, hobbilərinə, şəkillərinə və paylaşımlarına fikir ver.
- • Profilində göstərilən mövzular ünsiyyət üçün ən uyğun mövzulardır.
- 2. Onun özü haqda söhbət aç:
- • Onunla əlaqəli bir şeydən bəhs edərək ilk mesajını yazsan, cavab alma ehtimalın yüksək olacaq.
- • Əsas məqsəd maraqlı və təbii görünməkdir. Misallar Hobbilərə əsaslanan mesajlar
- • Əgər qızın profilində kitablarla şəkilləri varsa: “Profilindəki kitablar diqqətimi çəkdi. Məncə sən X müəllifin kitablarınıda sevirsən”.
- • Əgər səyahət şəkilləri varsa: “Səyahət etdiyin X yeri çox sevirəm! Orda uşaq vaxtı…
Nə etməməlisən?
- • Klişe mesajlar: “Salam, necəsən?”, “Tanış olaq?”, “Çox gözəlsən.” kimi sıradan mesajlar yazma.
- • Çox uzun mesajlar yazaraq qızı sıxma. • “Əgər qıza yazdığın mesajda səmimiyyət və maraq yoxdursa, cavab almaq şansın azalır.”
Əgər qadınlarla tanışlıqda daha uğurlu və cəlbedici olmaq istəyirsənsə, sosial şəbəkələrdəki profilini və ünsiyyət bacarıqlarını inkişaf etdirmək vacibdir. Profil şəkillərindən tutmuş, ilk mesajı necə yazacağına qədər bir çox incəlik var. Sonunda bu incəlikləri bu mövzulara marağı olan kişilərlə bölüşmək üçün, 7 illik təcrübəmi bir araya gətirərək, telegramda qapalı bir qrup yaratdım. Qrupda qadınlarla tanış olmaqla bağlı praktiki podcastlar, profil şəkilləri tüyoları, ilk mesaj yazma qaydaları və müsbət təəssürat yaratma texnikaları barədə ətraflı məlumatları paylaşıram. Burada həmçinin, cəlbedici ünsiyyət metodları, görüşlərə necə çıxarmaq, intim enerji yaratmaq kimi vacib mövzulara da toxunuruq. Bunlar sadəcə nəzəri biliklər deyil, hər biri real təcrübədən keçmiş metodlardır. Əgər sən də daha cəlbedici və effektiv ünsiyyət qurmaq, qadınlarla tanışlıqda yeni bir mərhələyə keçmək istəyirsənsə, o zaman bu qrup tam sənin üçündür. Ətraflı məlumat və qoşulmaq qoşulmaq üçün
Test