
QIZLA TANIŞLIĞIN SİRRLƏRİ: ÜNSİYYƏTƏ BAŞLAMAQ
Tanışlıq, effektiv üsullar ilə həm maraqlı bir macəra, həm də öyrədici bir təcrübə ola bilər. Amma gəlin etiraf edək: təcrübəniz az olduğu üçün qızla ilk dəfə tanış olarkən nə deməli olduğunuz və necə davranmalı olduğunuz mövzusunda çox vaxt tərəddüd edirsiz. Bu məqalədə, qızla tanışlıq zamanı sizi özgüvənli hiss etdirəcək və cəlbedici bir ilk təəssürat yaratmağa kömək edəcək üsulları paylaşacam.
Bir çox kişi tanışlıq zamanı tərəddüd edir və ilk addımı atmaqdan çəkinir. Amma mən 7 ildən çoxdur ki, müəyyən metodlardan istifadə edirəm və hər dəfə də uğurlu nəticələr alıram. Bunun sirri taktikalardı yoxsa özgüvən? Cavab: hər ikisinin harmoniyası. Özgüvən, tanışlığın təməlidir, amma tək başına kifayət deyil. Əgər qıza yaxınlaşıb nə deyəcəyini və bunu necə ifadə edəcəyini bilmirsənsə, özgüvənlə uzağa gedə bilməyəcəksən. Elə buna görə də ilk cümlələr çox önəmlidir.
1.QIZIN GÖRÜNÜŞÜ VƏ YA DAVRANIŞI ÜZƏRİNDƏN ÜNSİYYƏTƏ BAŞLA
Burada sənin qarşında iki seçim var: ya onun görünüşü haqqında danışıb ünsiyyət qurursan, ya da davranışları üzərindən maraqlı bir giriş edirsən.
Variant 1: Davranışlar üzərindən. Qızın davranışlarını diqqətlə müşahidə et. Onun hərəkətləri, duruşu, jestləri və ya etdiyi ən kiçik detalları belə izlə. Sonra bu müşahidələrini ona izah edərək ünsiyyətə başla.
Nümunə: •Müşahidə: Telefonunu əlinə alıb, amma mesaj yazmır, yalnız baxır. İlk Cümlən: “Salam, telefonuna qəribə baxırsan. Yazmırsan, amma sanki çox düşünürsən. Məncə tez xəyallara dalan birisən?”
Hətta müşahidələrin yalnış olsa belə, bu qızın xoşuna gələcək, çünki intellekt və müşahidə qabiliyyətini göstərmiş olacaqsan.
Variant 2: Görünüş üzərindən ünsiyyətə başlamaq. Qızın görünüşünü və geyimini diqqətlə müşahidə edib, onun tərzindəki fərqlənən və maraqlı detalları seç. Daha sonra bu detallara kompliment edərək söhbəti başlat. Əsas məqsəd səmimi və pozitiv bir giriş etməkdir, eyni zamanda onun şəxsi sərhədlərini də, pozmalı deyilsən.
KÖMƏK İSTƏMƏK VƏ YA FİKİRİNİ SORUŞMAQ
Bir qızla söhbətə başlamağın ən asan və rahat yollarından biri, ondan kömək və ya məsləhət istəməkdir. Bu yanaşma həm səmimi görünür, həm də “Tanış olaq, xanım?” kimi narahat edici səslənmir.
Necə Tətbiq Etmək olar? Söhbətə təsadüfi, amma maraqlı bir sualla başla. Bu, həm təbii səslənəcək, həm də qızın diqqətini çəkəcək.
Nümunə: “Azərbaycanda kişilər daha uzun yaşayır, yoxsa qadınlar?”
Onun cavabını dinlədikdən sonra razılaş və yumor əlavə et.
Vacib Detallar:
- 1. Sual Təsadüfi və Maraqlı Olsun: Sualın sıradan və darıxdırıcı olmamalıdır. Nəsə fərqli, amma çox ciddi olmayan bir şey soruş.
- 2. Təbii Davran: Əvvəlcədən hazırlandığını hiss etdirmə, sualı sanki həmin an ağlına gəlibmiş kimi ver.
- 3. Yumor Əlavə Et: Söhbəti yüngülləşdirmək və onu güldürmək üçün zarafatlar qat.
- Söhbəti Davam Etdirmək: Qızın cavabından sonra:
- 1.Razılaş
- 2.Yeni Mövzu Aç:
- Bu yanaşma: • Təbii və səmimi görünür. • Qızın diqqətini çəkir. • Söhbəti daha asan davam etdirmək üçün zəmin yaradır. Unutma, əsas odur ki, özünə güvənli və rahat davranasan!
ÜNSİYYƏTİNLƏ ONU CƏLB ETMƏK VƏ DUYĞULAR OYATMAQ
Bir qızla ilk ünsiyyətə başlamaq yalnız başlanğıcdır. Əsas məqsəd isə bu ünsiyyəti daha dərin, cəlbedici, maraqlı, səmimi və davamlı bir dialoqa çevirməkdir.
1. Təxminlər Et Söhbət əsnasında qıza sadəcə özündən danışmaq yerinə, onun maraqları, fikirləri və həyatı haqqında təxminlər et. Bu təxminlər, həqiqətən onu tanımaq məqsədini güdür. İnsanlar özləri haqqında danışmağı sevir.
Nümunə: • “Məncə sən X bir yerdə işləyirsən.” • “Yəqin ki, X tipli mahnıları sevirsən.”
Bu təxminlər, söhbəti davam etdirmək üçün bir körpü olacaq.
2. Hekayələr Paylaş Sadəcə təxminlər və sual formatında ünsiyyət qurmaqdan qaçın. Maraqlı və həyatda yaşadığın əhəmiyyətli hadisələrdən bəhs et. Hekayələr, insanın daha emosional bağ qurmasına imkan yaradır.
Nümunə: • “Dostlarımla bir dəfə X bir səyahətə getmişdim, gəzinti zamanı Y bir şey oldu. Ən qəribəsi də…”
3. Bədən Dili və Jestlərdən İstifadə Et Bədən dili sözlər qədər vacibdir. Öz bədən dilinlə rahat və özünə güvənli olduğunu göstər. Gülümsəmək, göz təması qurmaq və enerjili bir tonla danışmaq, qızın sənə daha maraq göstərməsini təmin edəcək.
4. Zarafat və Yumor Yumor, iki insan arasındakı buzları əridən ən təsirli vasitələrdən biridir. Yumor, ünsiyyətin kontekstinə uyğun olmalıdır. Qızın maraqlandığı mövzulara uyğun zarafatlar edərək onu güldürməyə çalış.
5. Sərhədlərə Hörmət Et Qızla ünsiyyət qurarkən onun şəxsi sərhədlərinə hörmət etmək çox önəmlidir. Bir mövzuda narahat olduğunu hiss edirsənsə, dərhal mövzunu dəyiş.
6. Ünsiyyəti Qapanışla Yadda Qalıcı Et Söhbətin sonunda, onunla yenidən görüşmə ehtimalını yarat.
Nümunə: • “Səninlə danışmaq çox maraqlı oldu. Məncə, bu söhbəti davam etdirmək üçün bir gün bir fincan qəhvə içməliyik.”
7. Uğurlu Ünsiyyətin Əsas Sirri Rahat ol! Qadınlarla ünsiyyətdə nə qədər rahat olsan, bir o qədər irəliləyə biləcəksən. Süni bir obraz yaratmaq əvəzinə, hazırki ruh halına uyğun ünsiyyət apar.
Yazar: Eray Azad (Tıkla və Instagram üzərindən məni izləyin)